Şeydayev Ayaz Quliyevlə görüşdü: “Bu oğlan Həbibdir” FOTO

Moskvanın “Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev, bu şəhərin digər təmsilçisi “Spartak”ın şərəfini qoruyan azərbaycanlı futbolçu Ayaz Quliyevlə görüşüb.

Komanda.az xəbər verir ki, Ayazla şəklini şəxsi “instagram” səhifəsində paylaşan Ramil, onun UFC döyüşçüsü Həbib Nurməhəmmədovla bənzərliyini zarafata salıb:

“Bu oğlan Həbibdir. Zarafat edirəm, Həbib deyil, amma “grapling” var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button