Ralf Ranqnik “Mançester Yunayted”dən ayrıldı

İngiltərənin “Mançester Yunayted” komandasının sabiq baş məşqçisi Ralf Ranqnik “qırmızı şeytanlar”la yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Ole Qunnar Sulşerin istefasından sonra müvəqqəti baş məşqçi təyin olunan təcrübəli mütəxəssis, mövsüm bitən kimi bu postundan ayrılmışdı.

Lakin o, klubda qalıb məsləhətçi kimi fəaliyyətini davam etdirməliydi. Amma Mançester təmsilçisinin yaydığı məlumata görə, Ranqnik bu vəzifəsindən də istefa verib. Qarşılıqlı razılıq əsasında klubdan ayrılan məşqçi, tam olaraq Avstriya yığmasındakı köklənmək istədiyini bəyan edib. “Mançester Yunayted” yaydığı açıqlamada Ranqnikə xidmətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Mançester Yunayted”i bundan sonra “Ayaks”dan ayrılan Erik Ten Haq çalışdıracaq. Ranqnik isə Avstriya yığmasının baş məşqçisi kimi işini davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button