
Rafinyadan jurnalistin ünvanına sərt sözlər
“Barselona”nın futbolçusu Rafinya yay transfer pəncərəsi öncəsi gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Braziliyalı hücumçunun adı Səudiyyə Ərəbistanı klubları ilə tez-tez hallanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu məlumatların cəfəngiyyat olduğunu söyləyib:
“Mümkün gedişimlə bağlı xəbəri yazan jurnalist mənim haqqımda başqa yalanlar da yazıb. O, klubla görüşdüyümü və gələcəyimi müzakirə etdiyimi, “Barselona”da qalıb-qalmayacağımı bilmədiyimi iddia edib. Bu adam yalan danışmaqdan başqa bir şey etmir. Hər dəfə bir xəbər dərc etdikdə onu silməli olur, həmişə, demək olar ki, həmişə. Bu, onun ağzından çıxan tamamilə cəfəngiyyatdır”.
Rafinya bu yaxınlarda zədəsini sağaldıb və mayın 10-da “Real”a qarşı keçiriləcək “el klasiko”da meydana çıxa bilər.
Bizi Facebook-da izləyin



