“Mən onu əla oyunçu hesab edirəm” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yarımmüdafiəçi Adrien Rabiotla söhbətindən danışıb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, Rabiotun əla oyunçu olduğunu deyib:

“Onunla mümkün keçidi haqqında danışdım, komandadan ayrılsa, xoşbəxt olub-olmayacağını soruşdum. Adrien “Yuventus”da dəyərli olduğunu söylədi. Mən onu əla oyunçu hesab edirəm. Rabiot əla oyun nümayiş etdirən və özünü komandaya həsr edən təcrübəli futbolçudur”.

27 yaşlı Rabiot 2019-cu ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 5 qol vurub. Tərəflər arasında müqavilə 2023-cü ilin yayında başa çatır.

Fransalı yarımmüdafiəçi 2022-ci ilin yayında “Mançester Yunayted”ə keçməyə yaxın idi. Klublar transferin şərtlərini razılaşdırsalar da, “qırmızı şeytanlar” futbolçu ilə müqavilənin şərtlərində razılaşa bilməyiblər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button