Rəsmi: “Barselona”da yeni futbolçu

“Barselona” qış transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Sassuolo”dan Kevin-Prins Boatenqi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qanalı futbolçu mövsümün sonuna qədər icarə əsasında “Barselona”da çıxış edəcək. Kataloniya təmsilçisi yayda Boatenqin transfer hüquqlarına sahib ola bilər.

“Barselona” Boatenq üçün “Sassuolo”ya 2 milyon avro icarə haqqı ödəyəcək.

Kataloniya klubu qış transfer pəncərəsi dövründə “Valensiya”dan Ceyson Murilyanı da mövsümün sonuna qədər icarəyə götürmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button