Rəşad Sadıqov: “Tovuzda oynamaq hər zaman çətindir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turunun “Turan Tovuz”la səfər oyunundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, Sadıqov 2:0 hesabı ilə qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Maraqlı oyun oldu. Bilirdik ki, Tovuz səfəri bizim üçün çətin və ağır keçəcək. Qarşımızda son vaxtlar yaxşı performans göstərən “Turan Tovuz” komandası var idi. Tovuzda oynamaq hər zaman çətindir. Burada xal və ya xallar qazanmaq çətin olur. “Qəbələ” ilə səfərdə xal qazanmışdılar, “Sabah”ı məğlub etmişdilər. “Qarabağ”la görüşdə yalnız 88-ci dəqiqədə buraxılan qol nəticəsində uduzmuşdular. Bu oyunları nəzərə alanda, hamımız bilirdik ki, bizi ağır matç gözləyir.

İlk hissə tam istədiyimiz kimi keçdi. Həm oyun planında, həm nəticə baxımından belə idi. Bilirdik ki, rəqib ikinci yarıda tam olaraq irəli atılacaq, sona qədər təslim olmayacaq. Ayxan Abbasovun komandaları və ümumiyyətlə, “Turan Tovuz” heç vaxt təslim olmur. Azarkeş dəstəyi var. Fasilədən sonra daha çox əks-hücumlara bel bağladıq, mübarizə apardıq. Bir-iki standart vəziyyətdə rəqibə fərqlənmək imkanı verdik. Onda da Mehdi Cənətov çox inamlı çıxış etdi. Çox yaxşı və vacib qələbə qazandıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button