Rəşad Sadıqov: “Meydanda görmək istədiyim komanda var idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 9-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Çox çətin oyun alındı. Futbolçulara demişdik ki, rəqib son pillədə olsa da, çox əzmkardırlar və bunu nəzərə almalıyıq. Komandada böyük istək gördüm. İlk hissə çox ağır keçdi. Bir neçə qol vəziyyəti yaratdıq. Sadəcə, yararlana bilmədik. Fasilədən sonra oyun sürətləndi. Standart vəziyyətdən fərqləndik. Çox vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bu gün meydanda görmək istədiyim komanda var idi. 90 dəqiqə dinamik futbol oynadıq. Bu, məni sevindirir.
  • Təmkin Xəlilzadə və İlkin Muradov əsas komandaya qaytarıldı. Onların dönüşü necə baş verdi?
  • Bəzi problemləri detallı şəkildə ictimaiyyətə çatdırmaq olmur. Əsas səbəb istədiyim qədər istəkli olmamasıdır. Üzr istəməyiblər. Mən xoşlamıram nə özüm üzr istəyim, nə də kimsə məndən. Bəli, bilmədən nəsə edəndə ola bilər. Həvəslə məşq etmələri, son oyunda intizamlı şəkildə oynamalarından sonra mən özümü borclu bildim ki, əsas komandaya qaytarım. Bizim üçün çox vacib oyunçulardır. Onları itirmək istəməzdim. İndi də özümü borclu bildim ki, onları komandaya qaytarım. İnanıram ki, bu proses onlar üçün faydalı olsun.
  • Keçənilki komanda ilə indikini müqayisə edə bilərsiz?
  • Futbolda illəri müqayisə etmək düzgün deyil. Ən çox narahatlıq keçirdiyim həftə idi. “Şamaxı”nın oyununu təhlil etmişdik. Cavid Hüseynova uğurlar arzulayıram. Gənc komanda ilə böyük işlər görür, əzmkar mübarizə aparırlar. Onu ürəkdən təbrik edirəm. Cavidin də yeni nəsil məşqçilər sırasında özünü doğruldacağına inanıram.
  • Uzun müddət yığma komandanın kapitanı olmusuz. De Byazinin postunda qalması barədə nə şərh verə bilərsiz?
  • Baş məşqçi olmasaydım, rahat şərh verərdim. İndi hər hansı fikir bildirməyim düzgün çıxmaz. Suallardan qaçan insan deyiləm, səmimi və dürüst cavab verməyə çalışmışam. Onu əlimizdəki futbolçuları hazır saxlamaqla maksimum dəstəkləməyə çalışacağıq. Əlavə şərh verməyim düzgün olmaz.
  • Qara Qarayevi yığmada görməyəndə təəcübləndiz, yoxsa “özləri bilər” dediz?
  • Qara elə futbolçudur ki, “özləri bilər” deyə bilməzsən. Ən çox da bunun “Nant”la oyundan sonra olmasına görə təəəcübləndim. Həmin matçda ən yaxşılardan idi. Siyahıda olmamasına təəccübləndim, mənə ağır gəldi. Son illər Azərbaycan futbolunda 4-5 futbolçu var ki, uzun müddət stabil futbol oynayır. Belə oyunçuların kənar qalması ağırdır.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button