Rəşad Sadıqov darmadağını şərh etdi – VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 7-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:7 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox danışacaq bir şey yoxdur. Rəqib bizdən üstün idi. Birinci hissədə oyun istədiyimiz kimi keçsə də, ikinci hissə belə olmadı və nəticə göz qarşısındadır. Rəqib 7 qol epizodu yaratdı və hamısı qol oldu”.

Sadıqov rəqibin bu gün qarşısıalınmaz olduğunu deyib:

“Hesabın böyük olmaması üçün müəyyən dəyişikliklər etdik. Amma alınmadı. Müdafiədə boşluqlar var idi. Bu gün Musa Qurbanlının günü idi. Onda hər şey alınırdı. Bizim üçün uğursuz gün oldu. Rəqib üçün isə uğurlu gün oldu. İlk hissədə qapalı futbol oynayaraq əks-hücumlara bel bağlamaq niyyətində idik. Birinci hissədə qol vurduq, amma sistem işləmirdi. Hücum xəttini gücləndirmək niyyətində olsaq da, əks effekt verdi”.

Mütəxəssis Qismət Alıyevlə bağlı məsələyə də aydınlıq gətirib:

“Qismət Alıyev zədəli olduğu üçün ikinci yarıda meydana buraxdıq. Keyta da eyni durumdur. Onu da eyni səbəbdən ikinci hissədə əvəzlədik. Bir çox futbolçu bu gün ən zəif oyunlarını keçirdilər. Rəqib də çox sürətli və dinamik çıxış edirdi. Mənim oyun fəlsəfəmdə meydanın mərkəzindən cərimə meydançasında “asma” yoxdur”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button