Rəşad Sadıqov: “Bu, qələbəyə bərabər heç-heçədir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu (2:2) şərh edib.

Komanda.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Möhtəşəm oyun oldu. Azərbaycan futbolu qazandı. Son oyunlarımız maraqlı keçir. Təhlil etmək çox çətindir. Yaxşı başlamışdıq. Çətin vəziyyətə düşdük. Vurulan qollar komandamızı sarsıtdı. Fasilə vaxtı da danışmışdıq. Məğlub ola bilərdik. Azlıqda olanda da yaxşı qol vəziyyətlərimiz oldu. Komandam çox yaxşı oynadı. 4 gün qabaq 120 dəqiqəlik ağır oyunumuz oldu. Həmin matçdan sonra fiziki və psixoloji cəhətdən yorğun idik. Bu, qələbəyə bərabər heç-heçədir.

Hakimlər haqda danışmaq istəmirəm. Coşqun Diniyevin qırmızı vərəqə aldığı epizoda yenidən baxacam. Haqlı qərardısa, növbəti dəfələrdə daha səliqəli oynamalıyıq. Qərəzin olub-olmadığını bilmirəm. Dördüncü hakimdən soruşdum. Son epizodla bağlı ilk dəfə idi şahidi olurdum. Birinci dəfə idi görürdüm.

Qış transfer pəncərəsi ilə bağlı axtarışlar gedir. Güclənmək istəyirik. Bu heyət qalacaq. Dəyişikliklər ola bilər. Ümumən, yetərincə yaxşı çıxış edən futbolçular var. Son 7-8 oyunda formamızı yaxalaya bildik. Daha tez olsaydı, yaxşı olardı”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button