Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək

“Neftçi”nin futbolçusu Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Noyabrın 29-da saat 10:45-də “Neftçi Arena”da təşkil olunacaq tədbirdə təcrübəli yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.

Xatırladaq ki, Hacıyev Premyer Liqanın 14-cü turunda “Araz-Naxçıvan”a qarşı matçda “Neftçi”də 200-cü oyununa çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button