Qvardiola Barselonaya gedəcək

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qısa tətil planları barədə danışıb.

“Şəhərlilər” Premyer Liqanın 17-ci turunda evdə “Vest Hem”i 3:0 hesabı ilə məğlub etdikdən sonra növbəti oyununu bir həftə sonra keçirəcək. Komanda dekabrın 27-də “Nottingem Forest”lə qarşılaşacaq və bu müddətdə futbolçularla məşqçilər istirahət etmək imkanı qazanacaqlar.

Komanda.az “Hayters TV”-yə istinadən xəbər verir ki, Qvardiola Milad bayramını Barselonada keçirəcəyini açıqlayıb:

“Miladda Barselonaya gedəcəm. Sizə də məsləhət görürəm – orada yeməklər əladır!”

“Mançester Siti” hazırda 37 xalla Premyer Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Arsenal”dan 2 xal geri qalır. Üçüncü pillədə isə 36 xalı olan “Aston Villa” yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button