Qvardiolanın əsas hədəfi – “Bayern”in futbolçusu

Yay transfer bazarına az qalıb və Avropanın aparıcı klubları artıq heyətlərini gücləndirmək üçün planlar qururlar.

Komanda.az “Guardian”-a istinadən xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola əsas transfer hədəfi kimi “Bayern”in hücumameyilli yarımmüdafiəçisi Camal Musialanı seçib.

Belə ki, ispaniyalı mütəxəssis yarımmüdafiə xəttində daha çox imkanlara sahib olmaq istəyir. Eyni zamanda, “Bayern” 21 yaşlı Musialanı komandada saxlamağa çalışır.

Musiala bu mövsüm 36 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button