Qurbanov: “Düdelanj” bu matçın autsayderi deyil”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi mətbuat konfransına qatılıb.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı öncə bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib. Komandamızda zədəli futbolçular var, amma biz bu haqda düşünmürük. Əlimizdə olan futbolçularla ən yaxşısını etməyə çalışacağıq. Bu oyunun nəticəsi turnir cədvəli üçün həlledici deyil. Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. “Düdelanj” da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq”.