Qurbanov 10-cu dəqiqədə əvəzləndi, komandası uduzdu

Futbol üzrə Gürcüstan çempionatında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Batumi “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vurmuş 28 yaşlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.

8 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button