Qurban Qurbanov və Rəşad Sadıqovla püşkatma

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb.

Komanda.az xəbər verir ki, tədbirdə 1-ci turda üz-üzə gələcək komandalar məlum olub.

Püşkatmaya Azərbaycan Minifutbol Federasiyasının təsisçisi və fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov, futbolçusu Qara Qarayev, “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov, paytaxt klubunun müdafiəçisi Ruslan Abışov və Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov da qatılıb.

1-ci turun cütləri:
“Aznur” – “Real” Bakı
“Sumqayıt” – “Bakı”
“Xəzər” – “Birbaşa Bakı”
“Qaradağ Lökbatan” – “Füzuli Ərgünəş”
“Dinamo” Gəncə – “Odlar Yurdu”
“Dəyirman” – “Dəmir Yumruq”
“Qarabağ” – “Galaxy” Şuşa
“Veteran” – “Zəngəzur”

1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button