Qurban Qurbanov nazirlə birlikdə oyuna baxdı – FOTO

İkinci Qarabağ müharibəsində yaralanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş qazilərin futbol yarışı keçirilib.

Komanda.az xəbər verir ki, yarışı izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, “Zirə”nin fəxri prezidenti, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov, millət vəkilləri və digər tanınmış şəxslər də olub.

Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri, digərləri isə nazirlik əməkdaşları olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button