Qurban Qurbanov mükafatına qovuşdu FOTO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 2021-ci ilin ən yaxşı məşqçisi seçilməsinə görə mükafatlandırma mərasimi baş tutub.

Komanda.az xəbər verir ki, 11-ci dəfə ilin ən yaxşı baş məşqçisi seçilən Qurbanova mükafatı təqdim olunub. Mükafatı Qurbanova Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button