Qurban Qurbanov: “Hər belə uğurdan sonra ad verildikdə məsuliyyətim çoxalır”

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilən mütəxəssisə mükafat təqdim olunub. Tədbirdə çıxış edən 49 yaşlı çalışdırıcı məsuliyyətinin daha da artdığını deyib:

“Qarşınızda olmaq xoşdur. İnanın ki, videoklipə baxanda həyəcanlandım. Yenidən həmin hisslərə qayıtdım. Dəfələrlə demişəm ki, hər belə uğurdan sonra ad verildikdə məsuliyyətim çoxalır. Bir tərəfdən işimə fayda verir, digər tərəfdən, sevinirəm ki, hər kiçik əziyyətə böyük dəyər verilir. Hamınıza təşəkkür edirəm. Son vaxtlar mənim haqqımda, komandam, futbolçular haqda çox danışıldı. Qısa fikirlər bildirmək istəyirəm. İşinizdə müvəffəqiyyətlər arzulayıram. Sizin qarşısında olmaq, suallarınıza cavab vermək xoşdur. Həmişə suallarınızı gözləyirəm. Dəyər verdiyinizə görə təşəkkürlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button