Qurban Qurbanov: “Çalışacağıq ki, öz oyunumuzdan əl çəkməyək”

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Molde”nin qonağı olacaq.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Norveç səfərindən öncə jurnalistlərə açıqlama verib. O, hazırlığın qaydasında olduğunu bildirib:

“Hazırlığımız pis keçmədi. Demək olar ki, hər şey qaydasındadır. Dünən son məşqimizi etdik. Sabah oyun günü daha bir məşq edəcəyik. Gözləntilərimiz yaxşı oyun və yaxşı nəticə ilə dönməkdir.

Rəqibin evdə oynamasını nəzərə almaq lazımdır. Onların meydançası süni örtüklüdür. Azarkeşlər də rəqib üçün üstünlükdür. Amma çalışacağıq ki, öz oyunumuzdan əl çəkməyək. Bunu nə qədər bacardığımızı oyunda görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button