“Qızıl top”a namizədlərin yeni reytinq cədvəli müəyyənləşib

“Goal” nəşri 2024-cü ildə “qızıl top”u qazanacaq favoritlərin reytinqinin yeni versiyasını dərc edib.

Komanda.az xəbər verir ki, ilk 4-lükdə dəyişiklik baş verməyib: birinci yeri Vinisius Junior (“Real”), ikinci yeri Çud Bellingem (“Real”), üçüncü yeri Kilian Mbappe (PSJ), dördüncü yeri isə Fil Foden (“Mançester Siti”) tutub.

Harri Keyn beşinci (“Bayern”), Toni Kroos (“Real”) altıncı yerə yüksəlib. Florian Virts (“Bayer”, Leverkuzen) isə beşinci yerdən yeddinci yerə düşüb.

İlk 10-luqda həmçinin Rodri (“Mançester Siti”), Rodriqo (“Real”) və Antonio Rüdiger (“Real”) var. Lionel Messi (“İnter Mayami”) hələ də 16-cı yerdədir.

Keçən il “qızıl top”u məhz Messi qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button