“İki ölkənin komandasının birgə təlim-məşq toplanışının faydalı olacağını düşünürəm”

Qazaxıstanın sərbəst güləş üzrə yığması aprelin 18-dən Azərbaycandadır.

Komanda.az xəbər verir ki, qonaq komanda Azərbaycan millisi ilə birgə Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir. Qazaxıstan yığmasının baş məşqçisi Əsət Serikbayev Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada hazırlıq prosesindən danışıb:

“Azərbaycana 16 nəfərlik heyətlə gəlmişik. İki ölkənin komandasının birgə təlim-məşq toplanışının faydalı olacağını düşünürəm. Müsbət və mənfi tərəfləri, çatışmazlıqları görmək üçün bu hazırlıq prosesi çox vacibdir. İlk dəfə deyil ki, Bakıya gəlirik. Bu toplanış dünya olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Lisenziya yarışında bir güləşçi ilə təmsil olunacağıq. 86 kq-da Tokio Olimpiadasına vəsiqə qazanacağımızı düşünürəm.

Digər güləşçilərimiz mayın 9-dək burda məşqlərimizi davam etdirəcək. Daha öncə də Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçmişik. Burda yaradılan şərait, infrastruktur, qidalanma – hər şey bizi tam qane edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button