Qazananların real hekayələri – Bütün Zaqatala onun sevincinə şərik oldu – VİDEO

“Azərlotereya” ASC “Qazananların hekayəsi” adlı yeni layihəyə start verir. Bu layihədə şirkətin
təşkil etdiyi ani lotereyalarda qalib olan şəxslərin hekayələri, qazandıqları mükafatın onların
həyatına müsbət təsiri ilə bağlı məqamlar öz əksini tapir.

“Qazananların hekayələri”nin ilk qəhrəmanı Zaqatala şəhər sakini Müslümov İlqar Sabir oğludur.
“Uğurlu 7” ani lotereyasında böyük uduş – 50 000 manatın sahibi olan İlqar bəy qazandığı
mükafatla evini təmir etdirib.

Ani lotereya biletlərində ara-sıra şansını sınayan İlqar Müslümov uduşlu bileti qazanarkən
sevincinin həddi-hüdudu olmadığını bildirib:

“Bazardan aldığım biletdə 50 000 manat qazandım. Sevincimin həddi-hüdudu yox idi. Bütün
Zaqatala camaatı sevincimə şərik oldu. Evə gəlib xanımıma 50 000 manat udduğumu deyəndə
inanmadı. Uşaqlarım çox sevindi, qucaqlayıb öpdülər. Xanımım da dedi ki, “günəş üzümüzə
güldü”. Pulu evimizin təmirinə yatırdıq. İndi evim geniş və işıqlıdır. Biz bu evdə çox xoşbəxtik”.
Daha ətraflı videoda: https://www.youtube.com/watch?v=qFSZvCQrh-0


Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button