Qayıbov medal qazanan idmançılarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov mart ayında beynəlxalq turnirlərdə ölkəni uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan görüşdə əvvəlcə ay ərzində qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Nazir onları təbrik edib və yeni uğurlar arzulayıb.

Tədbirdə boks, bədii gimnastika, idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, stolüstü tennis, paraatletika, cüdo, paracüdo, sərbəst güləş, yunan-Roma güləşi, güllə atıcılığı, qılıncoynatma, taekvondo, karate, sumo, paraüzgüçülük yarışlarında Azərbaycana medal qazandırmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button