Qarsiya getsə, Blan gələcək

Fransanın “Marsel” klubu baş məşqçi dəyişikliyinə hazırlaşır.

Komanda.az xəbər verir ki, “Marsel”in cari mövsümdəki uğursuz çıxışına görə, baş məşqçi Rudi Qarsiya vəzifəsindən göndərilə bilər. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, Qarsiyanın göndəriləcəyi təqdirdə, komandanın “sükanı arxasına” keçəcək əsas namizədin Loran Blan olduğu bildirilib.

Son olaraq PSJ-ni çalışdıran Blan 2016-cı ildən işsizdir.

“Marsel” Liqa 1-də 23 turdan sonra 34 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button