Simeone “Qalatasaray” haqda: “Qarşımızda son dərəcə döyüşkən bir komanda olacaq”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Qalatasaray”a qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis rəqibin güclü tərəflərini xüsusi qeyd edib:

“Bizi çox güclü bir komandaya qarşı oyun gözləyir. Onların çox keyfiyyətli futbolçuları var, xüsusən də, hücum xəttində. Sürətli oyunçulardır. Viktor Osimhen, Lukas Torreyra… Qarşımızda son dərəcə döyüşkən bir komanda olacaq”.

Komandalar bu gün İstanbulda üz-üzə gələcək. Qarşılaşma saat 00:00-da start götürəcək.

Altı turdan sonra “Atletiko” Çempionlar Liqasında 12 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Qalatasaray” isə 9 xalla 18-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button