“Avropa çempionatına vəsiqə qazanmalıyıq” – Fernandes

Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes AÇ-2024-ün seçmə mərhələsinin 3-cü turunun Bosniya və Herseqovina ilə görüşünü (3:0) şərh edib.

Komanda.az RTP-yə istinadən xəbər verir ki, o, Avropa çempionatına vəsiqə qazanmağı qarşılarına məqsəd qoyduqlarını deyib:

“Nə qədər yorğun olsaq da, həmişə milli komandanı təmsil etmək üçün özümüzdə güc tapırıq. Meydançada olanda yorğunluğu unuduruq. Qarşımıza məqsəd qoymuşuq: Avropa çempionatına vəsiqə qazanmalıyıq. Bosniya və Herseqovina kimi komandalara qarşı oynamaq çox çətindir. Bəzən daha səbirli oynamalıyıq”.

Portuqaliya millisi hazırda J qrupunda 9 xalla birinci, Bosniya və Herseqovina isə 3 xalla dördüncü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button