“Qarabağ”la “Zirə”nin qələbəsi xal üstünə xal gətirdi

Avropa Liqası və Konfransı Liqasında 1-ci  təsnifat mərhələsinin cavab oyunlarından sonra ölkələrin UEFA reytiqindəki cədvəli yeniləyib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın İslandiyanın “Vestri” (3:0, ilk oyun 3:0), “Zirə”nin isə Gürcüstanın “Torpedo” (3:0, ilk oyun 3:0) komandaları üzərində qələbələri Azərbaycanın xalına daha 0,500 xal əlavə edib.

Hazırda Azərbaycan reytinqdə 20.062 xalla 26-cı yerdədir. İsrail (20,750) Azərbaycanı bir pillə qabaqlayır. Slovakiya (18,500) isə Azərbaycandan sonrakı pillədədir. 

Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button