
“Qarabağ”ın rəqibinin futbolçusu “Real”a təklif olunub
“Real”a qış transfer pəncərəsində “Liverpul”un müdafiəçisi İbrahima Konatenin xidməti təklif olunub.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “kral klubu” fransalı futbolçunu 20 milyon avro qarşılığında heyətinə qata bilərdi, ancaq bu variantdan imtina edib.
“Real” rəhbərliyi yanvarda Konateni transfer etməyi planlaşdırmadığını açıq şəkildə bəyan edib. Madrid təmsilçisi onun mövsümün ikinci yarısındakı çıxışını izləyəcək və vəziyyəti yayda yenidən dəyərləndirəcək.
26 yaşlı müdafiəçinin “Liverpul”la müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonuna qədərdir. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



