
“Qarabağ”ın rəqibində vəziyyət getdikcə gərginləşir
“Liverpul”da vəziyyət getdikcə daha gərgin hal alır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlıların aparıcı futbolçuları – Vircil van Dayk və Məhəmməd Salah baş məşqçi Arne Slotun istefaya göndərilməsinin tərəfdarıdır. Bildirilir ki, bu təşəbbüsü komandanın daha bir neçə üzvü də dəstəkləyir.
Slot ötən ilin yayında “Liverpul”a rəhbərlik etməyə başlamış və ilk mövsümündə komandaya Premyer Liqa çempionluğunu qazandırmışdı. Ancaq cari mövsümün 15 turundan sonra “qırmızılar” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb ki, bu da komanda daxilində narazılığı artıran əsas amillərdəndir.
Komandanın futbolçuları ilə məşqçi heyəti arasında artan gərginliyin klub rəhbərliyi tərəfindən necə həll olunacağı isə hələlik məlum deyil.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



