“Qarabağ”ın rəqibi Salahı kiminlə əvəz edəcəyinə qərar verib

“Liverpul” rəhbərliyi Məhəmməd Salahın mümkün gedişi fonunda hücum xəttini gücləndirməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu “Bornmut”un vingeri Antuan Semenyonu misirli oyunçu üçün ideal əvəzləyici kimi görür. Salahın qış transfer pəncərəsində komandadan ayrılma ehtimalı artıq kifayət qədər real sayılır.

Semenyonun “Bornmut”la müqaviləsində 68,4 milyon avro məbləğində sərbəstqalma maddəsi var. Bu transferi vacib edən mühüm məqam isə ondan ibarətdir ki, 25 yaşlı futbolçu Afrika Millətlər Kubokunda iştirak etməyəcək – Qana millisi turnirə vəsiqə qazana bilməyib.

Semenyo cari mövsümdə İngiltərə Premyer Liqasında 14 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Bornmut”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button