“Qarabağ”ın rəqibində yeni futbolçu – Rəsmi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya təmsilçisi “Vest Hem”in hücumçusu Xavyer Hernandesi heyətinə qatıb. Futbolçu ilə imzalanan müqavilənin detalları haqqında məlumat verilməyib. İspaniya mətbuatı isə “Sevilya”nın bu keçid üçün İngiltərə klubuna 9 milyon avro ödədiyini bildirir.

2014-cü ildən “Vest Hem”də çıxış edən 31 yaşlı futbolçu, bu müddət ərzində 58 matçda iştirak edib, 16 qol, 4 məshuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ”la “Sevilya” arasında ilk matç sentyabrın 19-da Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button