“Qarabağ”ın rəqibi 3 xalı tək qolla qazandı

Futbol üzrə İsveçrə çempionatında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Syon”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 1:0.

“Bazel” 10 turdan sonra 22 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.

“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.