“Qarabağ”ın oyununun biletləri satışa çıxarılıb

Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VİP biletlər isə 20 manat təşkil edir.

Biletləri bu gün “iticket.az”-dan almaq olar. Oyun günü isə biletləri həm “iticket.az”, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” matçına saat 20:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button