“Qarabağ”ın “Linfild”lə oyunlarının başlama saatı məlum oldu

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə (Şimali İrlandiya) qarşılaşacağı oyunlarının başlama saatı məlum olub.

Komanda.az “Linfild”in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək. “Vindsor Park” stadionunda oynanılacaq qarşılaşma avqustun 22-də, saat 22:45-də start götürəcək.

Komandalar arasındakı cavab matçı isə avqustun 29-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma, saat 20:00-da başlayacaq.