“Qarabağ”ın legionerləri məğlubiyyətə üzüldü

“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin formasını geyindiyi Monteneqro millisi UEFA Millətlər Liqasında 5-ci tur matçına çıxıb.

Komanda.az xəbər verir ki, Monteneqro millisi səfərdə Bosniya və Herseqovina ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

Yankoviç və Veşoviç da bu matçda iştirak edib. Hər iki oyunçu start heyətdə meydana çıxıb. Yankoviç 81-ci dəqiqədə əvəzlənibsə, Veşoviç sona qədər oynayıb.

Monteneqro millisi bu nəticə ilə A Liqasına yüksəlmək şansını itirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button