“Qarabağ”ın legioneri üçün əlamətdar oyun

Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının 29-cu tura təsadüf edib.

25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.

Andrade Premyer Liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.

“Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button