“Qarabağ”ın legioneri Fransa klublarına keçməkdən imtina etdi

“Qarabağ”ın futbolçusu Yassin Benzya Fransanın Liqa 2 təmsilçilərindən təkliflər alıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, bu barədə Əlcəzair millisinin üzvü özü məlumat verib.

O, “Qarabağ”da xoşbəxt olduğunu və hələlik bu təkliflərə hazır olmadığını bildirib:

“Fransadan – Liqa 2 klublarından təkliflərim oldu. Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm, xoşbəxtəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir”.

29 yaşlı yarımmdafiəçi 2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edir. O, bu mövsüm Ağdam klubunda ümumilikdə 41 oyuna 13 qol vurub, 10 qol ötürməsi edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button