“Qarabağ”ın kuboku Gözələ təqdim edildi – FOTO

“Qarabağ”ın dünən qazandığı Azərbaycan kuboku klubun sahibi Abdulbari Gözələ təqdim edilib. 

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klubun idman direktoru Emrah Çəlikəl, baş menecer Asif Əsgərov, idarə heyətinin üzvü Fevzihan Aras və Abdulbari Gözəl anı əbədiləşdirmək üçün xatirə şəkili çəkdiriblər.

“Qarabağ” ötən gün Azərbaycan kubokunun finalında penaltilər seriyasında “Zirə”yə qalib gəlib (əsas və əlavə vaxt – 1:1) – 4:3. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button