“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı

“Qarabağ”ın Konfrans Liqasının pely-off mərhələsindəki rəqibi “Marsel” Fransa kubokunda növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Xorxe Sampaolinin rəhbərlik etdiyi komanda 1/16 final mərhələsində “Şovini” ilə qarşılaşıb. Matçda 3:0 hesabıyla qələbə qazanan “Marsel” adını növbəti mərhələyə yazdırıb.

“Marsel”in qollarını Arkadiuş Milik, Cengiz Ündər və Amin Arit vurub.

“Qarabağ” “Marsel”lə ilk oyunu fevralın 17-də Fransada keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button