“Qarabağ” – AEL matçına satılan biletlərin sayı…

“Qarabağ”ın Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində bu gün, Bakıda Kipr AEL-inə qarşı keçirəcəyi cavab matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Komanda.az-a verdiyi məlumata görə, qarşılaşmaya 9 mindən çox bilet satılıb.

Bu gün, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq.

Komandalar arasında Kiprdə baş tutan matç 1:1 hesablı heç-heçə ilə bitib. Sözügedən oyunda 90+3-cü dəqiqədə Abdullah Zubirin vurduğu bərabərlik qolundan sonra azarkeşlərlə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında qalmaqal yaşanıb.