“Qarabağ”ın hücumçusu Albaniyanın 3 klubuna “yox” deyib

“Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica qış transfer pəncərəsi zamanı vətəninə qayıtmağa yaxın olduğunu deyib.

Komanda.az xəbər verir ki, “Panorama”-ya danışan futbolçu Ağdam klubunda qalmasına da aydınlıq gətirib:

“Albaniyanın üç klubunun məni istəməsi ilə bağlı yayılan xəbərlər doğrudur. Bunu təkzib edə bilmərəm. Qışda bir neçə komanda məni icarəyə götürmək istəyirdi. Amma uzun müzakirələrdən sonra “Qarabağ”da qalmaq qərarına gəldim”.

Cica 2023-cü ilin yanvar ayında “Tirana”dan “Qarabağ”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button