“Qarabağ”ın futbolçusu “İdman ustası” adı aldı

“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib.

Komanda.az xəbər verir ki, futbolçuya “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.
Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da təqdimatda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button