“Beqoviçin “Stok Siti” və “Çelsi”də oynadığını bilmirdim”

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj”ın futbolçusu Antuan Brnye Belçika mətbuatına açıqlama verib.

Komanda.az “walfoot.be” saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu, “Qarabağ”ın qapıçısı Asmir Beqoviçi tanımadığını deyib:

“Beqoviçin “Stok Siti” və “Çelsi”də oynadığını bilmirdim. Ona qol vurmaq yaxşı hissdir, amma çalışmağa davam etməli və başqalarını da məyus etməliyik”.

Bernye “Düdelanj”ın “Qarabağ”a 1:4 hesabıyla məğlub olduğu oyunda komandasının yeganə qoluna imza atmışdı. Həmin görüşdə “köhlən atlar”ın “çərçivə”sini Asmir Beqoviç qoruyurdu.