“Qarabağ”ın ən çox dəqiq ötürmə verən futbolçuları

“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarında ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında yer alıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı kolumbiyalı futbolçunun Bakıda “Marsel”ə (Fransa) 0:3 hesabı ilə uduzduqları qarşılaşmada 73 ötürməsi dəqiq alınıb.

Medina bu nominasiyada üçüncü olub. O, Şotlandiya “Seltik”ində çıxış edən Stiven Uelş (83) və onun komanda yoldaşı Karl Starfeltdən (97) geri qalıb.

“Köhlən atlar”ın digər legioneri Abdullah Zubir cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir. 31 yaşlı yarımmüdafiəçinin Fransa klubu ilə matçdakı cəhdlərinin 3-ü dəqiq alınıb. Birinci pillədə Çexiyanın “Slaviya” (Praqa) komandasından Srcan Plavşiç qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button