“Qarabağ”a qol vuran oyunçu “Tottenhem”in “radar”ındadır

Frankfurt “Ayntraxt”ının yarımmüdafiəçisi Can Uzun “Tottenhem”in diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.

London klubu 20 yaşlı futbolçunu heyətinə cəlb etməkdə maraqlıdır. Can Uzun cari mövsümdə Almaniya Bundesliqasında yüksək səviyyədə çıxış edir və artıq Avropanın gələcəkdə parlaq oyunçularından hesab olunur.

Türkiyəli futbolçu hazırkı mövsümdə bütün turnirlər nəzərə alınmaqla 20 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Ayntraxt”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

“Ayntraxt” iki gün əvvəl UEFA Çempionlar Liqasının 7-ci turunda Bakıda “Qarabağ”a məğlub olub – 2:3. Qollardan birini məhz Uzun vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button