“Qarabağ”a qarşı hansı heyətlə oynasan, yenə çətin olacaq”

“Sumqayıt”ın məşqçisi Seymur Rəhimov Premyer Liqanın 8-ci turunda səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:

“Oyun haqda çox danışılası deyil. Rəqibi təbrik edirəm. Gələcək oyunlarda uğurlar arzulayıram. “Qarabağ”ın gücü bəlli idi. Avropaya səs salmış klubdur. Bizimkilər əllərindən gələni etdilər, sağ olsunlar. Nə imkanları var idi, oynadılar. Oyun haqda başqa nə deyim. “Sumqayıt”ın enişdə olduğunu deməzdim. Oyunların hamısını oynamalıyıq, məcburuq. “Qarabağ”a qarşı hansı heyətlə oynasan, yenə çətin olacaq. Uşaqlar əllərindən gələni edirlər. İstər oynayanlar, istərsə də, sonradan meydana çıxanlar. İkinci hissədə 1-2 hücumumuz oldu. Gələcək oyunlar üçün nikbin baxırıq. Bu matçı yaddan çıxarıb, gələn oyuna hazırlaşacağıq. Səhvlərimizin üzərində işləyib, gələcək oyunlarda təkrarlamamalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button