
“Qarabağ”a 4 qol vuran futbolçu həftənin ən yaxşısı adına namizədlər arasında
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından həftənin futbolçusu adına namizədlər məlum olub.
Komanda.az xəbər verir ki, “Qarabağ” – “Nyukasl” matçında poker edən İngiltərə klubunun futbolçusu Entoni Qordon da namizədlər arasındadır.
O, ən yaxşı olmaq uğrunda “Budo Qlimt”dən Kasper Hoq, “Bayer”dən Patrik Şik və PSJ-dən Desire Due ilə mübarizə aparacaq.
UEFA-nın saytında keçirilən sorğu nəticəsində qalibin adı açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



