
“Qarabağ” qeyri-adi komandadır” – “Nyukasl”ın futbolçusu
“Nyukasl”ın hücumçusu Antoni Elanqa UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah “Qarabağ”la baş tutacaq oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, bunu deyib:
“Təzyiqlə bağlı heç nə fikirləşmirəm. “Qarabağ” Çempionlar Liqasında yaxşı oynayır, yaxşı vəziyyətdədir.
Sabitlik və davamlılıq çox vacibdir. Biz istəyirik ki, qələbələrimiz davamlı olsun. Mən özümdə olan boşluqları aradan qaldırmaq və sabit oynamaq istəyirəm.
“Qarabağ” qeyri-adi komandadır, güclü kollektivi var. Bizim də komandamız güclüdür. Bu oyuna çox ciddi hazırlaşmışıq. Başa düşürük ki, “Qarabağ”ın da iddiası böyükdür, lakin biz də qələbə istəyirik.
“Qarabağ”la biz artıq tanışıq. “Kopenhagen” və “Çelsi” ilə oyun mənim diqqətimi çəkdi. Çempionlar Liqasında oynayan heç bir komanda zəif deyil. “Qarabağ” da bu siyahıdadır. Buna görə, sabaha hazırıq.
Biz hər oyunu daha yaxşı oynamağa çalışırıq. Buna görə buradayıq. Sabah mübarizə aparacağıq və azarkeşlərimizi sevindirməyə çalışacağıq. Daha da inkşaf etməyə çalışacağıq”.
Nəzrin
Bizi Facebook-da izləyin



