“Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun ilk oyununda “Sumqayıt” “Keşlə”nin qonağı olub. Keşlə təmsilçisi bu oyunda qalib gəlməklə, “kimyaçılar”la xallarını bərabərləşdirib, “zirzəmi”dən də canını qurtara bilərdi. Oyunda hesabı meydan sahibləri açsalar da, sonradan “Sumqayıt” bərabərlik qolunu vurub. Amma “Keşlə” matça əlavə olunmuş dəqiqələrdə penaltidən fərqlənməklə, 3 xalı hesabına yazdırıb.

Günün digər matçında “Zirə” lider “Neftçi”ylə qarşılaşıb. “Ağ-qaralar” qələbə qazanaraq, ən yaxın izləyicisi “Qarabağ”la aradakı 3 xallıq fərqi artırmağı hədəfləmişdi. Amma bu görüş qolsuz başa çatıb və lider vacib xallar itirib.

Tura bu gün keçirilən oyunlarla yekun vurulub. “Səbail” Premyer Liqanın debütantı “Sabah”ı sınağa çəkib. Hər iki komanda ötən turda məğlubiyyət acısı yaşadığından, bu dəfə qələbə qazanmaq üçün əllərindən gələni ediblər. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Turun mərkəzi oyununda “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib. “Köhlən atlar” lider “Neftçi”ylə aradakı xal fərqinin böyüməməsi üçün bu oyundan da qalib ayrılmağa çalışıblar. Amma “Qəbələ” də mövsümün əvvəlindəki komanda deyil. İndi “qırmızı-qaralar” daha inamlı təsir bağışlayır. Bir sözlə, “Qarabağ”ı çətin sınaq gözləyirdi. Buna baxmayaraq, Ağdam klubu bu görüşdən çətin qələbə ilə ayrılmağı bacarıb. Nəticədə, “Qarabağ” liderlə xal fərqini minimuma endirib.

Azərbaycan Premyer Liqası, 17-ci tur

16 fevral

Keşlə – Sumqayıt 2:1

Qol: Amil Yunanov, 28. Nikola Mitroviç, 90+3-pen – Əfran İsmayılov, 73.

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”, 15:00

Keşlə: 1. Kamran Ağayev (k), 19. Azər Salahlı, 4. Slavik Alxasov, 9. Amil Yunanov, 93. Edvinas Girdvainis, 3. Denis Silva, 22. Nikola Mitroviç, 17. Samir Məsimov, 25. Con Kamara, 21. Angelo Pena, 65. Cabir Əmirli

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 33. Tərlan Quliyev, 8. Seymur Əsədov, 23. Conatan Ayite, 14. Andre Klennon, 32. Valeri Kutsenko, 2. Sərtan Taşqın, 91. Nurlan Quliyev

Baş məşqçi: Tərlan Əhmədov

Sumqayıt: 1. Mehdi Cənnətov, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 11. Atilla Yıldırım, 15. Əmir Ağayev, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 60. Elvin Məmmədov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 34. Elvin Bədəlov, 9. Ehtiram Şahverdiyev, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov

Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

Zirə – Neftçi 0:0

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Kompleksinin stadionu, 17:30

Zirə: 85. Kamal Bayramov (k), 8. Kamal Mirzəyev, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 91. Bilal Həmdi, 10. Sadio Tounkara, 23. Mfo Kqasvane, 18. Xulio Sezar Rodriqez, 38. İlkin Muradov

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 2. İlkin Qırtımov, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 11. Dilan Duventru, 17. Robin Nqalande, 20. Fofana İsmael, 3. Budaq Nəsirov, 99. Rafael Məhərrəmli

Baş məşqçi: 
Samir Abasov

Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 25. Kiril Petrov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 5. Anton Krivotsyuk

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 6. Qoran Paratski, 36. Mamadu Kane, 4. Petru Raku, 77. Elvin Sərkərov, 70. Əli Şirinov, 95. Rəhman Daşdəmirov

Baş məşqçi: Roberto Bordin

______________________________________________________________________________

17 fevral

Səbail – Sabah 1:0
Qol: Ağabala Ramazanov, 64.
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Bayıl Arena”, 15:00

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 4. Enrike Perilyo, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 21. Akpoveta Oke, 7. Fəhmin Muradbəyli

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 26. Kamal Qurbanov, 33. Tome Kitanovski, 3. Tamazi Tsetsxladze, 27. Emil Martinov, 9. İmanol İriberri, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev

Baş məşqçi: Aftandil Hacıyev

Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 19. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 11. Elgün Nəbiyev

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 22. Miloş Bosançiç, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 97. Emil Qasımov

Baş məşqçi: Elşad Əhmədov

______________________________________________________________________________

Qarabağ – Qəbələ 2:1
Qol: Riçard Almeyda, 4-pen. Filip Ozobiç, 30 – Cavid Hüseynov, 28-pen.
Hakimlər:
Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika stadionu, 17:30

Qarabağ: 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 10. Dani Kintana, 7. İnnosent Emeqara, 21. Hacıağa Hacılı

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 99. Reynaldo Silva, 11. Mahir Mədətov, 18. İsmayıl İbrahimli, 70. Nicat Süleymanov

Baş məşqçi: Qurban Qurbanov

Qəbələ
: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voyislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 77. Samir Qurbanov

Məşqçi: Sənan Qurbanov

 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button