“Qarabağ” PFL-ə müraciət etdi – Stadiona görə

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, klub Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan “Qarabağ” – “Sumqayıt” görüşünün “Azərsun Arena”da oynanılması xahişi ilə çıxış edib.

“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azərsun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt” matçının “Azərsun Arena”da keçirilməsinə qərar verib. Oyunun günü, saatı ilə bağlı dəyişiklik yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button